BİZNES

14 İyun

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Hökumət İnnovasiyası və Rəqabətlilik Forumu keçirilir

Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumət İnnovasiyası və Rəqabətlilik Forumu keçirilir.

Fins.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Ərəb Əmirliklərinin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan forumun mövzusu “Yeni idarəetmə erasının başlanğıcı: dövlət xidməti, rəqabətlilik və davamlı inkişaf üzrə əlaqələrin tədqiq edilməsi”dir.

2022-ci ilin noyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində gerçəkləşən forumda yerli qurumların, özəl şirkətlərin və ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin ümumilikdə 200-dən çox nümayəndəsi iştirak edir.

Fuad Mədətov
Fins.az