BİZNES

14 İyun

Azərbaycanda avtomobillə sərnişin daşınması 20% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 504,1 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Hesabat dövründə sərnişinlərin 95,5%-i avtobus, 4,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 18,6% artıb.