BİZNES

13 İyun

Azərbaycanda yük daşınması 6% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 71,2 milyon ton yük daşıyıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çoxdur.

Yüklərin 3,7%-i dəniz, 8,3%-i dəmir yolu, 0,1%-i hava, 55%-i avtomobil nəqliyyatı, 32,9%-i isə boru kəməri ilə daşınıb.