BİZNES

08 İyun

Azərbaycanda biznes subyektlərinin 99.7%-ni KOB subyektləri təşkil edir

Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99.7%-ni KOB subyektləri təşkil edir, o zaman, şübhəsiz ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır.

Fins.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, görülmüş işlərin nəticəsi olaraq Azərbaycanda dayanıqlı, müasir və rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalaşmışdır:

“Bu gün ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti də məhz sahibkarlıq sahəsində müasir dövrün çagırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəldilmişdir”.

Fuad Mədətov
Fins.az