Bu il iyunun 1-nə Azərbaycanda 1 452 702 vergi ödəyicisi olub.
Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 6,9 % çoxdur.
Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 6,5 %, hüquqi şəxslərin sayı isə 9,7 % artıb.