2023-cü ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 34.3% artaraq 427.2 mln. dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (215.9 mln. dollar) ixracı (211.3 mln. dollar) üstələməsi nəticəsində 4.6 mln. dollar həcmində kəsir yaranıb.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 20.2%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 49.8% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 215.9 mln. dollar olub. Bunun 61%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub.