2023-cü ilin yanvar-mart aylarında Azərbaycandan 110.73 min dollar dəyərində 690 ədəd diri at ixrac edilib.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ baxımından 41.6%, say baxımından isə 59.4% artıb. 2022-ci ilin ilk 3 ayı ərzindən Azərbaycandan 78.2 min dollar dəyərində 433 ədəd at ixrac edilib.
Qeyd edək ki, ixrac edilən diri atların 590 ədədi (85.5%-i) Qazaxıstana, 50 ədədi (7.2%-i) Özbəkistana, 45 ədədi (6.5%-i) isə Qırğızıstana ixrac edilib.
Xatırladaq ki, ixrac edilən atların bir ədədinin orta ixrac qiyməti 273 manat təşkil edib.