BİZNES

05 İyun

Naxçıvanda fiber-optik magistral şəbəkə yenilənəcək

Naxçıvan Muxtar Respublikasında infrastruktur təminatının inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənəddə mobil rabitənin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi, fiber-optik magistral şəbəkənin yenilənməsi, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.