BİZNES

31 May

Cari ildə “Azərkosmos” Britaniyaya 1,7 mln. dollarlıq xidmət ixrac edib

Cari ilin yanvar-aprel aylarında “Azərkosmos” tərəfindən dünyanın 42 ölkəsinə 6,2 mln. dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77%-ni təşkil edib. Bu ilin aprel ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,7 mln. dollar ilə Birləşmiş Krallıq, 1,4 mln. dollar ilə Lüksemburq, 595,9 min dollar ilə BƏƏ, 339,8 min dollar ilə Almaniya və 291,3 min dollar ilə Pakistan qərarlaşıb