BİZNES

24 May

Azərbaycanda dərman alınmasına sərf edilən vəsaitin həcmi məlum olub

Keçən il Azərbaycanda dərman, sarğı ləvazimatlarının və materiallarının alınmasına sərf olunan vəsaitin həcmi məlum olub.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib.