BİZNES

10 May

Azərbaycanda ən çox \"Visa\" kartları ilə ödəniş edilir

Azərbaycanda 2023-ci ilin mart ayına bank kartı ilə edilən ödənişlərin (6 milyard 5 mln. manat) 4,1 milyard manatı "Visa" kartları ilə həyata keçirilib. 

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ikinci sırada "MasterCard"ın plastik kartlarıdır ki, bu kartlarla təxminən 2,4 mlrd. manatlıq əməliyyat aparılıb. 

Məlumata görə, üçüncü yerdə 3,4 mln. manatla "American Express" olub.