BİZNES

31 Mart

Azərbaycanın bu il qızıl ixracından gəlirləri 25% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 15,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 25% azdır.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 20,4 mln. dollar təşkil edib. Bu ilin fevral ayında Azərbaycan 9,3 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 28,5% azdır.