BİZNES

22 Fevral

Martın 7-i və 10-da keçiriləcək hərraclara 113 əmlak çıxarılacaq

Hərracda alıcılar üçün seçim imkanı artır: 7, 10 mart tarixlərində keçiriləcək hərraclara 113 əmlak çıxarılacaq.

Hərraclar ölkə üzrə özəlləşdirmənin ən geniş tətbiq olunan üsullarındandır. Hərraclar vasitəsilə əmlak sahibi olmaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar isə sadədir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mart ayında keçiriləcək hərraclara çıxarılan dövlət əmlaklarının sayı çox, çeşidi müxtəlifdir. Növbəti ayda hərraclar 7, 10 mart tarixlərində keçiriləcək.

Martın 7-də təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi, 48 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza var. Nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya, Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1998-2013-cü illəri əhatə edir.

Martın 10-da keçiriləcək hərraca 50 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin 21-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur və istehsal tarixi 2011-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı: ( //clck.ru/33TqtH )