BİZNES

05 Dekabr

Bravonun adından saxta kampaniya, şirnikləşdirici fişinq hücumları-XƏBƏRDARLIQ

Dələduzlar bayram günləri ərəfəsində yenə müxtəlif şirkətlər adından saxta kampaniyaların keçirilməsi adıyla şirnikləşdirici fişinq hücumlarını sosial media resusrlarında yaymağa başlayıb. 
"Fins.az" xəbər verir ki, bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti -Kompüter İnsidentlərinə Qarşı Mübarizə idarəsi məlumat yayımlayıb. 
Məlumata görə, dələduzlar saxta uduş kampaniyalarında iştirak üçün vətəndaşları ilk öncə paylaşımlara dəstək olmağa həvəsləndirir daha sonra müvafiq keçidlərə yönləndirməklə onların məlumatlarını ələ keçirilməsinə cəhd edirlər.
Dövlət Xidmətinin məlumatında "Hər kəsi xüsusən də bayram ərəfələrində müxtəlif kampaniya, uduş və endirimlərlər şirnikləşdirən belə dələduzluq fəaliyyətlərinə qarşı ehtiyatlı olmağa, məlulmat mənbələrinin etibarlılığını yoxlamağa və belə keçidlər haqda //blacklist.gov.az domeni üzərindən məlumatlandırmanı həyata keçirərək kibergigiyenamızı birgə gücləndirməyə çağırırıq",-deyə bildirilir. 
 
Müəllif:Aynur Qəniyeva