BİZNES

02 Dekabr

Özəl şirkət etiket və qablaşdırma məhsullarının istehsalı üçün 2 milyon manata yaxın ucuz kredit aldı

Sahibkarlığın İnkişafı Fondu tərəfindən "ATA PACK" MMC şirkətinə etiket və qida qablaşdırma məhsullarının istehsalı üçün 1 milyon 950 min manat güzəştli kredit ayrılıb.

Fins.az xəbər verir ki, bunu Twitter səhifəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Qeyd edək ki, "ATA PACK" MMC Balaxanı Sənayə Parkının rezidentidir. Şirkətin fəaliyyət sahəsi – qablaşdırma və etiketləmədir.