KOB-ların inkişafının dəstəklənməsi təkcə hökumətlər ilə məhdudlaşmır.
"Fins az" xəbər verir ki, bunu KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda İNSME-nin 18-ci İllik Toplantısnda çıxış edərkən "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, bütün maraqlı tərəflər, geniş ictimaiyyət, akademik dairələr və beynəlxalq platformalar öz cəhdlərini bu istiqamətdə birləşdirməlidir.
Artıq 5 ilə yaxın müddətdir ki fəaliyyət göstərən KOBİA, mandatı çərçivəsində yerli və xarici bizneslərin ölkəmizdə fəaliyyətə başlaması və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə məlumatlandırma, maarifləndirmə, məsləhət və dəstək xidmətləri təmin edir. Bu baxımdan, pulsuz təlim və konsaltinq xidmətlərini əhatə edən KOB İnkişaf Mərkəzləri, vahid məkanda “G2B” və “B2B” xidmətləri göstərən KOB Evləri və yerlərdə birbaşa sahibkarlar ilə təmasda olan KOB Dostu şəbəkələri kimi platformalarımızı qeyd etmək olar.