BİZNES

01 Dekabr

Azərbaycan biznes sahəsində əməkdaşlığa dair yeni sənədlər imzalayıb

Bakıda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında bir sıra sənədlər imzalanıb.

Fins.az xəbər verir ki, bunlardan biri KOBİA ilə Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumudur.

Digər sənəd isə INSME və Dünya Biznes Mələkləri Forumu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumudur.