BİZNES

30 Noyabr

Çin Azərbaycanla maliyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıqda maraqlıdır

Çin Azərbaycanla maliyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıqda maraqlıdır.

"Fins.az" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi bildirib.

Onun sözlərinə görə, Azərbaycan vacib iqtisadi və ticarət tərəfdaşıdır:" Son illərdə neft məhsullarının ixracını Azərbaycandan azaltmışıq. Azərbaycan Çindən daha çox məhsul ixrac etməyə başlayıb. 

Azərbaycanı vahid investisiya bazarı kimi görürük". 

 

O əlavə edib ki, Çin və Azərbaycan 30 ildir ki, dostluq və əməkdaşlıq münasibətlərini qoruyub saxlayır:" Çin Azərbaycanla qarşılıqlı faydalı və dostluq əməkdaşlığının inkişafına böyük önəm verir və Azərbaycanda iqtisadi və sosial inkişafda fəal rol oynamış bir sıra irimiqyaslı infrastruktur və sənaye layihələrini həyata keçirib ,bu isə Azərbaycan xalqının rifahında , iqtisadiyyatında , sosial inkişafında fəal rol oynayıb".