BİZNES

30 Noyabr

Samir Hümbətov: Dövlətin qarşısında duran əsas məsələlərdən biri ixrac məhsulları üzrə ixtisaslaşmanı təmin etmək və ixrac imkanlarını artırmaqdır

Dövlətin qarşısında duran əsas məsələlərdən biri ixrac məhsulları üzrə ixtisaslaşmanı təmin etmək və ixrac imkanlarını artırmaq üçün konkret əməli tədbirlərin görülməsidir.

"Fins.az" xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov "Ticarət və İxracat Forumu" nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu cür tədbirin önəmini xüsusilə anlayırıq:" Beynəlxalq ticarətin artırılması hər zaman aktuallığını qoruyub. Azərbaycan neft ölkəsidir, əsas ixrac məhsullarımız neft və neft məhsulları olsa da dövlətimiz neft gəlirlərinin daha böyük hissəsi qeyri-neft sektorunun inkişafına, xüsusilə ixracın genişləndirilməsinə məqsədyönlü şəkildə istifadə edir".

O əlavə edib ki, KOBİA daima sahibkarlara dəstək göstərməyə hazırdır.