BİZNES

28 Noyabr

Azərbaycan, Türkiyə və Türkmənistan arasında yeni müqavilələr imzalanacaq

Yaxın vaxtlarda Avazada (Türkmənistan) keçiriləcək Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli sammitinə hazırlıq məsələləri müzakirə edilib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sammitdən əvvəl hər üç ölkənin xarici işlər, energetika və nəqliyyat nazirlərinin görüşləri planlaşdırılır.
Sammit çərçivəsində 5 üçtərəfli sazişin imzalanması gözlənilir.

(c)“vergiler.az”