BİZNES

25 Noyabr

Azərbaycanda pandemiyadan zərər çəkmiş sahibkarlara 38 mln. manat ödənilib

Azərbaycanda dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 mln. manat vəsait ödənilib.

Fins.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter“ hesabında paylaşım edib.

“2020-ci ilin iyun ayından bu il noyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 mln. manat vəsait ödənilib”, - paylaşımda bildirilib.