"Fins.az"ın müsahib Marketinq və biznesin idarə edilməsi üzrə mütəxəssis bu sahədə uzunmüddətli təcrübəyə malik olan Anar Zeynalovdur
Yaxşı idarə etmə necə olur?
Çox yaxşı sualdır . Bu yaxınlarada iştirak etdiyim təlimdə bu mövzu ətrafında müzakirələr olmuşdu. İdarəetmə bir dəyər yaratma prosesidir.
Bütün bizneslər eyni düsturla işləyir Gəlirlər – Xərclər=Mənfəət
- İşçilər vahid vizyon və missiya uğrunda, ortaq hədəflərin arxasınca bir yumruq kimi gedirlər.
- Yaxşı iş mühiti, motivasiya.
- Şirkətdə düzgün planlama var.
- Şirkətdə "saat kimi işləyən" sistem qurulub.
- Şirkətin maraqları ilə işçilərin maraqları uzlaşdırılıb.
- İşçiyə aydın karyera inkişaf planı təqdim edilir.
- sirkətdə güclü maliyyə, mühasibatlıq sistemi var.
- Şirkətdə güclü hesabatlıq və nəzarət sistemi var.
- Şirkətdə düzgün "data menecment" sistemi var.
- Şirkətdə yaxşı, cəlbedici korporativ mədəniyyət formalaşdıra bilirsən.
Yaxsi Menecer nece olur?
Son zamanlar hər kəs o yaxşı meneceri axtarir. Dostlar zəng edib soruşurlar ki, yaxşı bir Marketinq meneceri lazımdır yaxud yaxşı satış menerceri kim var? Yaxşı HR menecer və.s.
Bizim ölkədə şirkətlərdə ən böyük problem rəhbər şəxs demək olar ki, mütəxəssislərin özünə aid olub-olmamasından aslı olmayaraq bir çox işinə müdaxilə edir. Rəhbər işçiyə öz qərarını verməsi üçün imkan və şərait yaratmır. Axı niyə jurnalın üz qabığının şəklini, satış nöqtələrini, və ya SMM-in yayımlayacağı mətni rəhbər özü seçməlidir? Mənim başıma dəfələrlə şarın üzərinin dizaynını belə rəhbər özü verməsi kimi hal gəlib.Bu addımı atan rəhbərə deyirdik ki, onda biz bu dizayneri niyə işə götürüb maaş veririk ki, siz deyin biz çəkək. Bütün bu heç də xoş hal olmayan misallardan belə nətəcəcyə gəlmək olar ki, Yaxşı menecer şirkəti sahiblənməlidir.
Yaxşı menecer:
- Vizyonludur
- Emosiyalarını cilovlaya bilir, səbrlidir
- Liderlik bacarıqları yüksəkdir
- Ambisiyalıdır, özünəinamı var
- Nəticəyə işləyir
- Enerjili və çevikdir
- Öz üzərində işləyir
- Tənqidə açıqdır – öz işinə də tənqidi yanaşır
- Daxili motivasiyası yerindədir
- Rəqabət, yarış hissi var
- Dürüst, ədalətli, qərəzsizdir
- Problemə imkan kimi yanaşa bilir
Biznesdə uğurlu olmaq üçün nələrə diqqət yetirilməldir?
İstənilən biznesə başlamazdan öncə bazar araşdırması etmək lazımdır. Bu hər bir biznesin olmazsa-olmazıdır.Mütləq SWOT analizi etmək lazımdır. “Bu biznesi gözmü tutdu başqa bir biznes niyəsə üzrəyimə yatmır”la olmamalıdır. Bu sahədə data lazımdır hər çeydən öncə bazar araşdırması aparıb ətraflı məlumat toplanılması vacibdir. Biz hər hansı biznesə başlamazdan öncə bilməliyik ki, bazarın bu məhsula yaxud xidmətə ehtiyacı var ya yoxdur? Ucqar bir kənddə 3 miçelinli bir restorana,7 ulduzlu otelə ehtiyac var yoxsa yox? 50 avtomobili olan bir rayona 10 yanacaq doldurma məntəqəsi lazımdır yoxsa yox? Təəssüf ki, bizim ölkəmizdə investorlar getdikləri xarici ölkədə gördükləri müxtəlif xidmət və biznes sahələrini bir araşdırma etmədən öz yaşadıqları şəhərdə qururlar. İstənilən biznesi qurmazdan öncə o sahənin mütəxəssiləri ilə görüşmək onları dinləmək lazımdır. Biz qida sektorundayıq təəssüflər olsun ki, məkanlar bizi son anada çağırır ki, gəlin katerinq xidməti göstərin. Mənim işim daha profissional səviyyədə təşkil edilməsi üçün o mətbəx qurulmamaışdan öncə biz artıq öz komandamızla orada olmalıyıq. Aşbazlardan tutmuş ,istehsal menecerlərimizə qədər personalın hər bir üzvü məkanın qurulmasında məsləhərlərini verməldir. Qida zəncirinin mərhələləri var bunlara mütləq diqqət yetirilməldir.
Bəzən sahibkarlar öz kiçik və yeni fəaliyyətə başlayan bizneslərini hansısa 10 illik ənənəyə malik olan şirkətlə müqaisə edirlər. Dəfələrlə rastlaşmışıq ki, adam gedir McDonalds-ın yanında kafe açır və deyir niyə McDonalds yaxşı işləyir bizim kafe elə işləyə bilmir. Bu fikri əsas gətirib menecerin üstünə düşür.Dəfələrlə şahidi olmuşuq ki, biznesə milyonlarla vəsait ayıran investor kiçik bir məbləğ ayırıb bazar araşdırması etmirlər. Başqa bir problem isə odur ki, 50 milyon manatlıq biznes qurmuş investor idarəetməni həyata keçirəcək menecerə 700 manat məvacib ayırır və deyir bu biznesi idarə et. Həmin investor əvvəlcədən bilməldiri ki, 700 manat məvaciblə qane olub işləyən menecerin verəcəyi maksimum effekt 800 manatdır. Yəni o menecerdən milyonlarla gəlir gətirilməsini gözləməyin heç bir anlamı yoxdir.Uğurlu biznesin ilk növbədə doğru idaretmə sistemi olmalıdır. Biznesdə uğurlu olmaq üçün ən əsası dəqiq mexanizmə malik olan sistem qurulmalıdır. Bu sistemin dəqiq və qüsursuz işi təmin edilmədir. Biznes fərdlərdən yox sistemdən aslı olmalıdır.
Bəs sizin ən çox sevdiyiniz Biznes növu hansıdır?
Səmimi olmağımı istəyirsinizsə etiraf edim ki, mən müxtəlif biznes sahələrindən zövq alıram.Buna baxmayaraq əçox sevdiyim biznes istiqaməti qidadır. Ona görə qida sahəsini çox sevirəm ki, bu istiqamətdə bir dəyər yaradırsan,keyfiyyətli xidmət verirsən,daim yeniliklər edirəsn ,insanlar sənin gördüyün işdən zövq alır. Onu da qeyd edim mən ən çox sevdiyim qida sahəsi nə qədər zövqverici və dadlı olsa da bir o qədər də çətin və təhlükəldi desəm yanılmaram.Bunu nəzərə alaraq mənim bu sahədə diqqət mərkəzində saxladığım top 10 meyardan ilk 3-lüyü təhlükəsiz qida ilə bağlıdır.
Qeyd edək ki, Anar Zeynalov Biznesin idare edilməsi ve marketinq üzrə mütəxəssisdir ey zamanda,bir çox özəl şirkət,təhsil müəsissəsi, plaza və dövlət qurumlarına qidalanma xidməti həyata keçirən "T Project" şirkətinin, Türkiyənin 100 illik tarixə sahib olan “Tarihi Sultanahmet Koftecisi 1920” markasinin Azərbaycandakı rəsmi nümayəndəsidir.