BİZNES

21 Noyabr

Xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı azalıb

Xarici ticarət iştirakçılarının sayı azalıb.

"Fins.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 10 ayı üzrə xarici ticarət iştirakçılarının sayı 54 min 873 şəxs ikən, 2022-ci ilin 10 ayı ərzində 49 min 46 şəxs təşkil edib. İştirakçıların sayında 5 min 827 şəxs azalma fiziki şəxslər üzrə xarici ticarət iştirakçılarının sayının azalması ilə əlaqədardır.

2021-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr dövründə fiziki şəxs xarici ticarət iştirakçılarının sayı 6 min 373 şəxs azalaraq 40 min 250 şəxsə düşüb.

Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçılarının sayı isə 546 şəxs artaraq 8 min 796 şəxsə yüksəlib. Ötən ilin 10 ayında 8 min 250 hüquqi şəxs xarici ticarət fəaliyyətilə məşğul olmuşdu.