Pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələrə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edilə bilər.
Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapmayıb.
Qanun layihəsinin yeni redaksiyasına əsasən, siyasi partiya üzvlərinin bəzi kateqoriyasına (pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələr və s.) münasibətdə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edə bilər.
Siyasi partiyanın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri üzvləri arasında bölüşdürülmür və yalnız nizamnaməsi ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edilir.
Qanun layihəsinin əvvəlki redaksiyasında da olduğu kimi, siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyanın aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.
© APA