BİZNES

04 Noyabr

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Audiovizual Şura reklam fəaliyyətinə nəzarətlə bağlı birgə İşçi qrup yaradacaq.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Audiovizual media məkanında reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O bildirib ki, reklam sahəsində fəaliyyətlərin tənzimləməsi üçün əsas məsələlərdən biri də Rəqabət Məcəlləsinin qəbul edilməsidir: “Ümid edirəm ki, qanun layihəsi qısa müddətdə Milli Məclisə təqdim ediləcək. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra buna dair müxtəlif seminarlar keçiriləcək”.