Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib
Bu barədə mərhumun ailəsindən məlumat verilib.
Fazil Məmmədov Bakıda dəfn ediləcək.
Qeyd olunur ki, sabiq nazir ürək çatışmazlığından vəfat edib.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.
Qeyd edkə ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O 2000-2017-ci illər ərzində Azərbaycanın vergilər naziri postunu tutub.
APA