BİZNES

03 Noyabr

“Azərxalça”nın “Zəfər” xalça kolleksiyası təqdim olunub

“Azərxalça” ASC-nin ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin il dönümünə həsr olunmuş “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinin qaliblərinin əsərləri il ərzində toxunaraq artıq başa çatıb.

“Fins.az” xəbər verir ki, “Zəfər” kolleksiyasına daxil olan ilk 4 yerin qaliblərinin xalçalarının noyabr ayının 3-də “Azərxalça”nın İçərişəhərdə yerləşən nümayiş və satış salonunda təqdim edilib.

Müsabiqədə birinci yerin qalibi Fidan İlham “Zəfəri bizə gətirənlər”,ikinci yerin qalibi Aytac Ələkbərli “Dəmir yumruq”, üçüncü yerin qalibi Təhminə Məmmədova “Dönüş” , Sosial şəbəkələrin nəticələri üzrə qalib Maya İbadlı “Cənnətə giriş” xalçası olub