2026-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 35 milyard manatı keçəcək.
Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində bildirilib.
Məlumata görə, gələn il üzrə icmal büdcənin gəlirləri 33 005,7 milyon manat, 2024-cü ildə 34 960,4 milyon manat, 2025-ci ildə 34 344,9 milyon manat, 2026-cı il üzrə isə 35 011,1 milyon manat proqnozlaşdırılıb. Başqa sözlə, 2023-cü il proqnozu ilə müqayisədə 2026-ci ildə icmal büdcənin gəlirləri 6% artacaq.
İcmal büdcənin xərcləri isə gələn il 37 949,3 milyon manat, 2024-cü ildə 38 047,8 milyon manat, 2025-ci ildə 38 402,3 milyon manat, 2026-cı ildə isə 38 693,8 milyon manat olacaq. 2023-cü il proqnozu ilə müqayisədə icmal büdcənin xərcləri 2026-cı ildə 2% artacaq.
İcmal büdcənin kəsiri isə 2023-cü ildə 4 943,6 milyon manat, növbəti illər üzrə isə müvafiq olaraq 3 087,5 milyon manat, 4 057,4 milyon manat və 3 682,6 milyon manat proqnozlaşdırılıb.
© APA