Ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 5 pillə irəliləmişdir
“Fins.az” xəbər verir ki, bunu BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçiriləcək “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O bildirib ki,görülmüş işlərin nəticəsi olaraq, BMT-nin üzvü olan ölkələrdə DİM-lərin icrasının təhlili məqsədilə hər il dərc olunan “Dayanıqlı İnkişaf - 2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73.5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşmış və göstərici üzrə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 5 pillə irəliləmişdir.
Sahib Məmmədov fikirlərinin davamında” Hesabatdakı mövqeyi ilə ölkəmiz dünyada hər üç ölkədən ikisini qabaqlamış və Cənubi Qafqaz regionunda öz lider mövqeyini qorumuşdur”,-deyə qeyd edib