BİZNES

01 Noyabr

MİDA Cəbrayıl şəhərində də yaşayış binaları tikəcək

Güzəştli mənzillərin tikintisini təşkil edən "MİDA" MMC Cəbrayıl şəhərində də yaşayış binalarının tikintisini planlaşdırır.

"Fins.az" xəbər verir ki, "MİDA" MMC "Cəbrayıl şəhərində 7,87 ha ərazinin şaquli planlaşdırılması" xidmətinin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb. 

Tenderin qalib "Ricon" MMC şirkətidir.

"MİDA" MMC qalib şirkıt ilə məbləği 248 min 592 manat olan müqavilə imzalayıb.

Qeyd edək ki, Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 13, 14, 15, 16, 17 və 18 nömrəli çoxmənzilli yaşayış binaları tikiləcək. Tikintini MİDA ilə 11 milyon 631 min 733 manatlıq müqavilə imzalamış "T.T.Ş İnşaat" MMC həyata keçirəcək.

Ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.