BİZNES

31 Oktyabr

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 909 milyon dollarlıq ixraca kömək edib

2017-ci ildən 2022-ci ilin sentyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 909 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın oktyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bu ilin oktyabr ayında isə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19,7 milyon ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,45% azdır.

© Report