BİZNES

31 Oktyabr

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar açıqlanıb

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər.

2022-ci ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.

Qeyd edilib ki, ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur.

Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Sıra №

Ərazi İdarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

2220

28.0%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

1114

14.0%

3.

3 saylı Gəncə Ərazi İdarəsi

738

9.3%

4.

5 saylı Xaçmaz Ərazi İdarəsi

542

6.8%

5.

7 saylı Bərdə Ərazi İdarəsi

432

5.4%

6.

10 saylı Lənkəran Ərazi İdarəsi

334

4.2%

Ölkə üzrə

7931

100%