Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasının monitorinqi aparılacaq.
Fins.az-ın xəbərinə görə, bu, “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir.
Qeyd edək ki, layihə bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.