BİZNES

27 Oktyabr

Bu ilin 9 ayı ərzində neçə "kupça" verilib?-RƏSMİ AÇIQLAMA

​Bu ilin 9 ayı ərzində 259798 çıxarış verilib

"Fins.az" xəbər verir ki,  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 259.798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% çoxdur.