Səkkiz ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb.
"Fins.az" xəbər verir ki,bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb
İtaliyaya ixrac 12 milyard 828,2 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 457 milyon dollar, Hindistana isə 1 milyard 378,6 milyon dollar təşkil edib.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 13 milyard 31,2 milyon dollar, Türkiyə ilə 3 milyard 882,1 milyon dollar, Rusiya ilə 2 milyard 197,3 milyon dollar təşkil edib.