BİZNES

22 İyul

Azərbaycan 2027-ci ilədək qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmini 75% artırmağı planlaşdırır

Azərbaycan 2027-ci ilədək iqtisadiyyatın qeyri-neft sektoruna cəlb olunan birbaşa xarici investisiyaların həcmini 50-75% artırmağı planlaşdırır.

"Fins.az" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda deyilir.

Sənəddə qeyd olunur ki, 2021-ci ilin yekunları üzrə qeyri-neft sektoruna cəlb olunan birbaşa xarici investisiyaların həcmi $790,4 milyon təşkil edib.

2027-ci ilədək birbaşa xarici investisiyaların həcminin hər il 10‒15% artımı planlaşdırılır.

“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 2027-ci ilədək qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $1 milyard 185,6 milyondan $1 milyard 383,2 milyona çata bilər.