2027-ci ilədək Azərbaycanda ÜDM-in artımı 20% təşkil edəcək.
Bu barədə "Fins.az" a “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunub.
Strategiyaya əsasən, qeyri-neft ÜDM-i 30% artacaq.
Eyni zamanda, qeyri-neft ixracının həcminin də 80% artacağı gözlənilir.
Beləliklə, əgər 2021-ci ilin sonuna qeyri-neft ixracının həcmi $2,7 milyard təşkil etmişdisə, 2027-ci ildə bu göstərici $4,86 milyarda çatacaq.