Elektron qeydiyyat ərizələrinin 83 faizi “Asan imza” ilə təqdim olunub
"Fins.az" xəbər verir ki,2022-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.363.776 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxslər, 12,4 faizi isə hüquqi şəxslər və digər təşkilatlardır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,1 faiz (ümumi artımın 85,3 faizi), hüquqi şəxslərin sayı 8,6 faiz (ümumi artımın 14,7 faizi) artıb.