BİZNES

22 İyul

Sənaye zonalarına 450 mln. manatdan çox investisiya qoyulacaq

İndiyədək sənaye zonalarına 58 rezident tərəfindən 6,4 mlrd. manatdan çox sərmayə yatırılıb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter" hesabında yazıb.

O bildirib ki, 10.100-dən çox daimi iş yeri yaradılıb.

"Növbəti mərhələdə mövcud layihələr üzrə 450 mln. manatdan çox investisiya yatırılması və 4.500-dən artıq yeni iş yerinin təşkili nəzərdə tutulur",- deyə, nazir əlavə edib.