BİZNES

22 İyul

MDB ölkələrinə məhsul ixracı artıb

Yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 860 milyon 964 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən "Fins.az" a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 54 milyon 51 min dollar çoxdur.

Altı ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 295 milyon 493 min dollar olub.