BİZNES

22 İyul

İraqın İnvestisiya Mərkəzinin nümayəndə heyəti AZPROMO-da görüş keçirib

Bağdad Ticarət Palatasının İnvestisiya Mərkəzinin direktoru Alaa Nurun rəhbərlik etdiyi İraqın biznes nümayəndə heyəti Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.

Bu barədə "Fins.az"-a  AZPROMO-dan məlumat verilib. 

Görüşdə AZPROMO-nun fəaliyyəti, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları barədə ətraflı məlumat verilib, qarşılıqlı ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.