Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 12 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilib.
Bu barədə "Fins.az"-a Hesablama Palatasından məlumat verilib.
Məlumata görə 1 tədbir üzrə Nazirlər Kabinetinə, 4 tədbir üzrə vəsaitlərin təyinatının dəyişdirilməsi, eləcə də satınalma prosedurlarının tətbiq olunmaması, vəsaitlərin akkreditiv hesablarda saxlanılması halları ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 4 tədbir üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması, vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, hər bir auditlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.