Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin eyni dövrünə nisbətən 2,6% artaraq 30 657,5 min. manat olub.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 74%-i mobil rabitənin payına düşüb.
Cari ilin ilk altı ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 1,7% üstələyərək 22 700,2 min. manat təşkil edib.