BİZNES

18 İyul

Bu vergilər üzrə bəyannamələri təqdim etməyən sahibkarlar cərimələnəcək

2022-ci ilin iyun ayı üzrə Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi və Mədən vergisi  bəyannamələri 20 iyul 2022-ci il tarixdən gec olmayaraq təqdim olunmalıdır.

"Fins.az" xəbər verir ki,qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.