Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 244,6 mln. manat xərclənib.
Bu, 2021-ci ilin birinci yarım illik göstəricisi ilə müqayisədə 63,2% və ya 94,7 mln. manat çoxdur.
Bu ilin iyun satışlarının dəyəri isə may göstəricisi ilə müqayisədə isə 0,3 mln. manat artaraq 39,1 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk altı ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,1%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,3 faiz bəndi çoxdur.