2022-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,9 faiz təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə, cari ilin iyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, mənzillərin, mebellərin və məişət cihazlarının təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, ictimai iaşə və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müəllif:Aynur Qəniyeva