BİZNES

18 İyul

Azərbaycanda daha çox bahalaşan qeyri-ərzaq məhsulları -SİYAHI

2022-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyun ayına nisbətən 107,4 faiz təşkil edib. 

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

 Məlumata görə  cari ilin iyun ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, diş pastalarının və dezodorantların, ucuzlaşma isə kəsilmiş taxtaların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Müəllif:Aynur Qəniyeva