2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarına nisbətən 112,9 faiz təşkil edib.
"Fins.az" xəbər verir ki, hesabat dövründə o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,3 faiz təşkil etmişdir. Cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 114,2 faiz təşkil edib.
Müəllif:Aynur Qəniyeva