2022-ci ilin yanvar-iyun ayları ərzində Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqaisədə 30% artaraq 1 milyard 797 milyon 834,4 min manat, aksizlər üzrə 10.2% azalaraq 69 milyon 916,4 min manat, yol vergisi üzrə 38.3% artaraq 28 milyon 698,1 min manat təşkil edib.
"Fins.az" xəbər verir ki, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 14.5% artaraq 638 milyon 310,7 min manat məbləğində olub.
2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,605 milyard manat təşkil edir.