BİZNES

14 İyul

Nazir müavini Rəhman Hümmətov Avropa Komissiyasının Baş Direktorluğunda bölmə rəhbəri ilə görüşüb

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktorluğunda bölmə rəhbəri Lourens Mereditin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.

Fins.az xəbər verir ki,görüşdə beynəlxalq maliyyə institutlarının – Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəsmiləri də iştirak ediblər.

Görüş zamanı Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının (EİP) Azərbaycanda icrasına dair məsələlər müzakirə olunub.

Eyni zamanda ölkəmizin Trans-Avropa Nəqliyyat Şəbəkələrinə (TEN-T) daxil olan avtomobil və dəmir yolları şəbəkələri ilə bağlı layihələrdə iştirakı və Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.